Peruda güclü zəlzələ baş verib

Peruda güclü zəlzələ baş verib
# 13 avqust 2017 21:37 (UTC +04:00)

Perunun mərkəzi bölgəsində 6,1 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Satipo şəhərindən 62 km şimalda, ocağı isə 40 km dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb. Bir sıra yaşayış məntəqələrində telefon rabitəsi pozulub.

Qeyd edək ki, avqustun 11-də Perunun cənubunda baş verən zəlzələ nəticəsində bir nəfər həyatını itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR