Prezident Azərbaycanla Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumunu təsdiqləyib

Prezident Azərbaycanla Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumunu təsdiqləyib
# 30 iyul 2018 16:59 (UTC +04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinə onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.

Xarici İşlər Nazirliyi isə Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatına bildiriş göndərəcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Anlaşma Memorandumu 2018-ci il iyunun 5-də Bakı şəhərində imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR