Azərbaycanda doluya qarşı raket-artilleriya vasitələrindən istifadə bərpa oluna bilər

Azərbaycanda doluya qarşı raket-artilleriya vasitələrindən istifadə bərpa oluna bilər
# 05 fevral 2018 07:07 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Atmosfer proseslərinə fəal təsir (doluya qarşı mübarizə) işlərinin təşkili və aparılması Metodikası”nın layihəsi hazırlanıb və aidiyyəti üzrə rəy və təkliflərin bildirilməsi məqsədilə Nazirlər Kabinetinə təqdim edilib.

APA-nın xəbərinə görə, bu barədə 2017-ci il ərzində ETSN tərəfindən görülmüş işlərin hesabatında bildirilib.

Qeyd olunub ki, 1967-1991-ci illərdə ölkə ərazisində həyata keçirilmiş doluya qarşı mübarizə tədbirləri və onların nəticələri haqqında ötən il hesabat hazırlanıb: “Eyni zamanda, hazırda mövcud olan və ləğv olunmuş doluya qarşı mübarizə məntəqələrinin inventarlaşdırılması işləri aparılıb. Ağstafa, Tovuz, Göygöl, Şamaxı, İsmayıllı və Şəki radiometeoroloji stansiyalarında mövcud olan radiolokasiya və raket-artilleriya vasitələri və onların texniki vəziyyəti qiymətləndirilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR