Astarada iki minik avtomobili toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Astarada iki minik avtomobili toqquşub, xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 31 iyul 2017 19:52 (UTC +04:00)

Astarada baş verən yol qəzasında daha bir nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza nəticəsində 1975-ci il təvəllüdlü Xavər Dadaşova ağır xəsarət alaraq Astara rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Qəza zamanı onun boğaz nahiyəsinin kəsildiyi bildirilir.

Qeyd edək ki, hadisə Astara rayonu ərazisində qeydə alınıb. ”Mercedes” markalı avtomobillə “VAZ 21099” markalı avtomaşın toqquşub. Bundan əvvəl qəza nəticəsində yaralanan Şahağacı kənd sakini, 1980-cı il təvəllüdlü Peyman Səmədovun ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi xəstəxanaya yerləşdirildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

***

21:08

Astarada iki avtomaşın toqquşub, bir nəfər ağır xəsarət alıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Astara rayonu ərazisində qeydə alınıb.

Belə ki, ”Mercedes”markalı avtomobillə “VAZ 21099” markalı avtomaşın toqquşub.

Nəticədə Şahağacı kənd sakini, 1980-cı il təvəllüdlü Peyman Səmədov ağır xəsarət alaraq Lənkəran rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR