Putin Medvedevlə iqtisadi inkişaf nazirinin saxlanılması ilə bağlı məsələni müzakirə edib

Putin Medvedevlə iqtisadi inkişaf nazirinin saxlanılması ilə bağlı məsələni müzakirə edib
# 15 noyabr 2016 09:11 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin baş nazir Dmitri Medvedevlə iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin saxlanılması ilə bağlı məsələni müzakirə edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə hökumətin mətbuat xidməti xəbər yayıb.

Medvedev dəqiq araşdırma aparılmasının vacibliyini qeyd edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə bəyan edib ki, dövlət başçısı xüsusi xidmət orqanları əməkdaşlarının nazirlə bağlı apardığı əməliyyat barədə əvvəlcədən xəbərdar olub.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsi ölkənin iqtisadi inkişaf naziri A. Ulyukayevə qarşı cinayət işi açıb. Nazirə qarşı həbs-qətimkan tədbiri seçiləcəyi gözlənilir.

İstintaq Komitəsinin məlumatına görə, A. Ulyukayev “Rosneft” şirkətinə “Başneft”in aksiyalarını əldə etmək üçün verdiyi müsbət rəyə görə 2 milyon dollar məbləğində rüşvət alıb. Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, nazir rüşvət alarkən saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR