Ucarda avtomobil piyadanı vuraraq öldürüb

Ucarda avtomobil piyadanı vuraraq öldürüb
# 17 noyabr 2017 07:17 (UTC +04:00)

Ucarda piyadanı maşın vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Ucar rayonunun Türkəci kəndində baş verib. Ucar rayon Bərgüşad kənd sakini, 1977-ci il təvəllüdlü Eldəniz Sərxan oğlu Sərbəliyev idarə etdiyi "VAZ 2106" markalı minik maşını ilə yol kənarı ilə hərəkət edən rayonun Türkəci kənd sakini, 1997-ci il təvəllüdlü Turan Afiq oğlu Əsədovu vurub. Ağır xəsarət alan T. Əsədov hadisə törədən sürücünün köməkliyi ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, T. Əsədov xəstəxanada ölüb.

Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR