Qubada sərnişin avtobusu aşıb, xəsarət alanlar var

Qubada sərnişin avtobusu aşıb, xəsarət alanlar var
# 13 aprel 2017 10:26 (UTC +04:00)

Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində hərəkətdə olan, Ramin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtobus yoldan çıxararaq aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR