İspaniyada Frankonun nəvəsi azadlıqdan məhrum edilib

 İspaniyada Frankonun nəvəsi azadlıqdan məhrum edilib
# 09 fevral 2018 02:12 (UTC +04:00)

İspaniya diktatoru Fransisko Frankonun nəvəsi hakimiyyət nümayəndələrinə hücum etməkdə və avtomobili təhlükəli idarə etməkdə təqsirli bilinərək 30 ay müddətinə azadlıqdan məhrum edilib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 64 yaşlı Fransisko Frankonun iştirakı ilə insident 2012-ci ilin aprelin 30-da baş verib. Həmin gün diktatorun nəvəsi Teruel şəhərində asayiş keşikçilərindən qaçarkən polis maşını ilə toqquşub, daha sonra isə polis əməkdaşına xəsarət yetirib.

F.Franko həmçinin 2,5 il müddətinə sürücülük hüququndan məhrum edilib və 4000 min avro məbləğində cərimə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR