Mariya Zaxarova: "Hoqlandın bəyanatında yenilik yoxdur"

Mariya Zaxarova: "Hoqlandın bəyanatında yenilik yoxdur"
# 31 avqust 2017 15:07 (UTC +04:00)

"Amerikalı həmsədr Riçard Hoqlandın bəyanatında heç bir yenilik yoxdur. Həmin fikirlərə Rusiya, ABŞ və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı öz birgə bəyanatlarında dəfələrlə istinad ediblər".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"ABŞ-ın yeni həmsədr təyin etməsinə gəldikldə isə, biz hunu alqışlayırıq. Yenilənmiş tərkibdə ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində səylərini davam etdirəcək. Ümid edirik ki, indiyə kimi olan komanda yanaşması bundan sonra da qorunub saxlanacaq", - deyə Rusiya XİN sözçüsü qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR