Nizami Kino Mərkəzində “On ikinci gecə” tamaşası təqdim ediləcək

Nizami Kino Mərkəzində “On ikinci gecə” tamaşası təqdim ediləcək
# 21 dekabr 2016 14:06 (UTC +04:00)

Dekabrın 26-da Nizami Kino Mərkəzində Şekspirin “On ikinci gecə” pyes-komediyası əsasında qurulmuş tamaşa təqdim ediləcək. Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, British Council Azərbaycan və CoolConnections şirkətinin təşkil etdiyi tamaşanın rejissoru Tim Karroldur.

"On ikinci gecə" komediyası həsrət və itirilmiş sevgiyə həsr olunmuş tamaşadır. Şekspirin bəstələdiyi musiqi əsərlərinin bir qismi sözügedən tamaşada səslənir. Rolları aktyorlar Stiven Fray, Mark Raylens, Semyuel Barnett, Layam Brennan, Pol Çahidi, Con Pol Konnolli , İen Drisdeyl və Conni Flinn ifa edirlər.

Qeyd edək ki, British Council Azərbaycan, CoolConnections şirkəti və Nizami Kino Mərkəzi layihə çərivəsində şəhər sakinlərinə Britaniyanın Milli teatr, Şekspirin Qlobus teatrı, Royal Şekspir şirkəti, Royal Opera Haus Kovent Qarden və s. kimi dünya səviyyəli teatrlarının ən yeni tamaşalarını təqdim edir.

Layihənin məqsədi tamaşaçıya ölkəsini tərk etmədən dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR