Şəmkirdə itkin düşən 17 yaşlı qız tapılıb - FOTO

Şəmkirdə itkin düşən 17 yaşlı qız tapılıb - FOTO
# 10 yanvar 2020 12:26 (UTC +04:00)

Şəmkirdə itkin düşən şəxs tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-ya verilən məlumata görə, Şəmkir rayon sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova yanvarın 6-da Şəmkir rayon Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X. Həsənovanın yeri Sumqayıt şəhərində müəyyən edilərək ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR