Avstriyada iki qatar toqquşub, xəsarət alanlar var

Avstriyada iki qatar toqquşub, xəsarət alanlar var
# 23 avqust 2017 21:53 (UTC +04:00)

Avstriyanın Lints şəhərində sərnişin qatarı yük qatarı ilə toqquşub.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Maşinistlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata əsasən, insident dəmiryol stansiyasında qeydə alınıb. “Westbahn” nəqliyyat şirkətinə məxsus sərnişin qatarı stansiyada dayanan “CargoServ” şirkətinin yük qatarına çırpılıb.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR