BMT baş katibi Qəzzada baş verən hadisələri araşdırmağa çağırıb

BMT baş katibi Qəzzada baş verən hadisələri araşdırmağa çağırıb
# 31 mart 2018 03:27 (UTC +04:00)

BMT baş katibi Antoniu Quterreş Qəzza zolağında baş verən hadisələri araşdırmağa çağırıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu baş katibin rəsmi nümayəndəsi Fərhan Haq bəyan edib.

“Baş katib Qəzza zolağında fələstinlilər və İsrailin təhlükəsizlik qüvvələri arasında baş verən son qarşıdurmadan çox narahatdır. “Böyük Qayıdış Yürüşü” zamanı baş verən toqquşmalarda azı 15 nəfər həlak olub. Baş katib bu hadisələrin müstəqil və açıq şəkildə araşdırılmasına çağırır”, deyə BMT rəsmisi qeyd edib.

Qeyd edək ki, ötən gün Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda 20-yə yaxın fələstinli həyatını itirib. Fələstin lideri Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib. Ötən gün Qəzza zolağında ənənəvi "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR