Braziliyalı nazir: “Dünyada suverenliyin pozulması ilə bağlı mövqeyimiz uzunmüddətli siyasətə əsaslanır”

Braziliyalı nazir: “Dünyada suverenliyin pozulması ilə bağlı mövqeyimiz uzunmüddətli siyasətə əsaslanır”
# 15 noyabr 2017 10:54 (UTC +04:00)

“Braziliyanın dünyada suverenliyin pozulması ilə bağlı mövqeyi uzunmüddətli siyasətə əsaslanır”.

APA-nın məlumatına görə, bunu Braziliya xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira Bakıda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, ölkəsinin mövqeyi sülh, təhlükəsizlik, dialoq, beynəlxalq hüquqa hörmət və ərazi toxunulmazlığına əsaslanır. “Braziliyanın uzunmüddətli yanaşması var və qonşularına da bunu tətbiq edir. BMT-də islahatlar vacib məsələdir. Bu təşkilat dünyanı daha yaxşı təqdim edən qurum olmalıdır. BMT Təhlükəsizlik Şurasının daha demokratik və effektiv fəaliyyəti üçün islahatlar həyata keçirilməlidir”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR