Lerikdə meşədə asılı halda tapılan şəxsin kimliyi məlum olub

Lerikdə meşədə asılı halda tapılan şəxsin kimliyi məlum olub
# 01 aprel 2018 12:41 (UTC +04:00)

Lerikdə meşə ərazisində asılı vəziyyətdə tapılan şəxsin kimliyi məlum olub.

APA-nın cənub bürosunun məlumatına görə, həmin şəxs rayonun Veri inzibati ərazi vahidinə daxil olan Küsəkəran kənd sakini, 1966-cı il təvəllüdlü Tofiq Hüseyn oğlu İsayevdir.

Məlumata görə, T. İsayev Bakı şəhərində yaşayıb, bir neçə gün əvvəl kəndə qardaşıgilə gəlib. Mərhum ailəli olub, 2 oğlu və 1 qızı var. Hadisənin hansı şəraitdə baş verməsi isə hələ ki, məlum deyil.

Qeyd edək ki, T. İsayevin ağacdan asılmış meyiti ötən gün kənd sakinləri tərəfİndən meşə ərazisində aşkar olunub. Onlar aidiyyəti üzrə məlumat verdikdən sonra meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi-ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR