Azərbaycan Səhiyyə Nazirliyi kolbasa və süd məmulatlarının keyfiyyəti ilə bağlı yoxlamalar aparacaq

Azərbaycan Səhiyyə Nazirliyi kolbasa və süd məmulatlarının keyfiyyəti ilə bağlı yoxlamalar aparacaq
# 07 yanvar 2011 10:58 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) ticarət mərkəzlərində satılan kolbasa, kolbasa məmulatları, süd və süd məmulatlarının keyfiyyətinin gigiyenik tələblərə cavab verib-vermədiyini öyrənmək məqsədilə yoxlamalar aparacaq. Bu barədə APA-ya RGEM-in qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verib.

O bildirib ki, yoxlamalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı ticarət mərkəzlərində aparılacaq. Yoxlamaların yanvarın 10-dan sonra keçirilməsi nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR