AVP parlament seçkiləri ilə bağlı bəyanat yayıb

AVP parlament seçkiləri ilə bağlı bəyanat yayıb
# 02 noyabr 2015 13:26 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Ana Vətən Partiyası (AVP) noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı bəyanat yayıb.


Partiyadan APA-ya verilən məlumata görə, bəyanatda qeyd olunur ki, seçkilərin Seçki Məcəlləsinə və beynəlxalq standartlara uyğun keçirilməsi cəmiyyətin demokratik inkişafı yolunda yeni bir mərhələnin əsasını qoyub: “Ana Vətən Partiyası seçkiləri müşahidə edən beynəlxalq və yerli, o cümlədən partiyanın müşahidəçilərinin rəyini əsas, tutaraq məmnunluqla etiraf edir ki, seçki kampaniyası azad, şəffaf və demokratik prinsiplərə söykənərək keçirilib. Seçki prosesinin gedişi və nəticələri bir daha bu reallığı təsdiq etdi ki, Azərbaycan prezidenti İlham Əliyevin siyasi iradəsi seçkilərin demokratik, azad və şəffaf keçirilməsində ciddi rol oynayıb”.


AVP bəyan edir ki, seçkinin nəticələri legitimdir və bu Azərbaycan xalqının siyasi iradəsini ifadə edir: “Ana Vətən Partiyasının Mərkəzi Şurası parlament seçkisinin müvəffəqiyyətlə başa çatması münasibətilə bütün xalqımızı və xalqımızın etimadını qazanan millət vəkillərini təbrik edir, onlara şərəfli vəzifələrinin yerinə yetirilməsində uğurlar arzulayır”.


Qeyd edək ki, seçkilərdə 60 saylı Salyan-Neftçala dairəsindən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı qalib gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR