Elçin Babayev: “Elm sahəsi üzrə qrantların vergi və rüsumlardan azad edilməsi məsələsi həllini tapmalıdır”

Elçin Babayev: “Elm sahəsi üzrə qrantların vergi və rüsumlardan azad edilməsi məsələsi həllini tapmalıdır”
# 16 may 2013 09:10 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, hazırda Azərbaycanda elmi nəticələrin kommersiyalaşdırılması o qədər geniş yayılmayıb: “Ancaq hələ gec deyil. Hesab edirəm ki, bu sahədə addımlar atmaqla yaxın zamanda müəyyən nəticələr əldə etmək olar. Artıq Azərbaycan Milli Elmlər Akademiyasında da bu sahədə fəaliyyət başlayıb. Fikirləşirik ki, Elmin İnkişafı Fondu, Akademiya müəssisələri, universitetlər birləşib ölkədə elmin inkişafına nail ola bilərlər. Ümumilikdə “Elm haqqında” qanunun qəbulu ölkədə elm sahəsində çox müsbət dəyişikliklərə gətirib çıxaracaq”.


E. Babayev bildirib ki, “Elm haqqında” qanunda müəyyən bəndlər elm sahəsində vəziyyəti kökündən dəyişməyə qadir ola bilər: “Qanun layihəsində qeyd olunub ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlar istisna olmaqla, digər təşkilatlar öz gəlirlərinin 1 faizini Elmin İnkişafı Fondunun hesabına keçirməklə elmin inkişafının dəstəklənməsi üçün maliyyə vəsaitinin artmasına kömək edə bilərlər. Hesab edirik ki, qanunda elm sahəsi üzrə qrantların vergi və rüsumlardan azad edilməsi məsələsi də öz əksini tapmalıdır. Biz bununla bağlı öz təklifimizi etmişik. Hətta qanunda öz əksini tapmasa belə, müxtəlif dövlət qurumları səviyyəsində bu məsələnin həllinə nail olmaq lazımdır. Çünki dünya praktikasına əsasən, elm üzrə qrantlar vergilərin əksəriyyətindən azad olunur. Hətta qonşu Rusiyada da belə praktika tətbiq olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR