Zaqatala Hərbi Prokurorluğu üçün yeni inşa olunmuş binanın açılışı olub - VİDEO

Zaqatala Hərbi Prokurorluğu üçün yeni inşa olunmuş binanın açılışı olub - <span style="color: red;">VİDEO
# 30 sentyabr 2013 12:34 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala Hərbi Prokurorluğu üçün yeni inşa olunmuş inzibati binanın açılışı olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu münasibətlə keçirilən açılış mərasimində Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Respublika Hərbi prokurorunun müavini, ədliyyə generalı Rasim Kazımov və müvafiq idarə və təşkilat nümayəndələri iştirak edib.

Qeyd olunub ki, inzibati binanın inşasına 2012-ci ilin mart ayında başlanılıb. Dövlət vəsaiti hesabına tikilən bina 2 mərtəbədən ibarətdir. Bina müasir standartlara uyğun olaraq inşa edilib.

Açılış mərasimində Zaqatala hərbi prokuroru, ədliyyə polkovniki Mustafa Əsgərov, Zaqatala rayon İH başçısı Mübariz Əhmədzadə və Respublika hərbi prokurorunun müavini Rasim Kazımov çıxış edərək yeni binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR