Bu gün FHN-nin əməkdaşları 6 nəfəri xilas ediblər 

Bu gün FHN-nin əməkdaşları 6 nəfəri xilas ediblər 
# 06 iyul 2014 18:34 (UTC +04:00)

Bakı-APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin (DSXX) əməkdaşları dənizdə batmaq təhlükəsi ilə üzləşmiş 6 nəfəri xilas ediblər.

FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətindən APA-ya daxil olan məlumata görə, bu gün Sumqayıt, Bilgəh,Şıx çimərliklərinin ərazisində ümumilikdə batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər xilas edilib. Nardaranda xilas edilən iki nəfərdən biri çimərlik ərazisində olsa da, digəri nəzarət olunmayan ərazidə dənizə girib.

Daha bir nəfər isə Mingəçevir su anbarında, “Mingəçevir” sularda xilasetmə məntəqəsindən kənarda, nəzarət olunmayan ərazidə batmaq təhlükəsi ilə üzləşib və xilas edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR