Balakəndə məktəb yanıb

Balakəndə məktəb yanıb
# 05 aprel 2015 03:11 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Balakən rayonunun Şərif kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 495 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət məktəb binasının yanar konstruksiyaları, sinif otaqları və inventarlar yanıb.

Məktəbin yaxınlıqda olan digər korpusu və anbar binası yanğından mühafizə olunub. Yanğın saat 00:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR