Mingəçevir şəhər Prokurorluğunda seminar-məşğələ keçirilib - FOTO

Mingəçevir şəhər Prokurorluğunda seminar-məşğələ keçirilib - <span style="color: red;">FOTO
# 27 aprel 2013 12:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş Prokurorluğun Tədbirlər Planına uyğun olaraq Heydər Əliyevin 90 illik yubileyi bölgə prokurorluqları əməkdaşlarının, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavininin, həmçinin Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının sədrinin iştirakı ilə Mingəçevir şəhər Prokurorluğunda seminar-məşğələ keçirilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət ediblər.

Seminar-məşğələdə Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynovun H. Əliyevin rəhbərliyi altında ölkəmizin bütün sahələr üzrə dinamik inkişafı, yüksək sosial-iqtisadi inkişaf göstəricilərinin əldə edilməsi, dünya dövlətləri birliyinə inteqrasiya proseslərini sürətləndirən hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda ciddi addımların atılması, məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilmiş tədbirlər, o cümlədən Azərbaycan Prokurorluğu orqanlarının formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində görülmüş möhtəşəm işlər barədə geniş məruzəsi dinlənilib.

Heydər Əliyevin həyat və fəaliyyəti, ölkəmizdə hüquqi dövlət quruculuğu prosesində gördüyü işlər barədə Mingəçevir şəhər prokuroru Azad Qarayev, YAP şəhər təşkilatının sədri Cavanşir Usubov və digər natiqlər çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR