Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında təmsil olunur

Azərbaycan Beynəlxalq Dəniz Təşkilatı Dəniz Təhlükəsizliyi Komitəsinin sessiyasında təmsil olunur
# 03 iyun 2015 07:44 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin ixtisaslaşmış təşkilatı olan, Beynəlxalq Dəniz Təşkilatının (İMO) 3-12 iyun tarixlərində London şəhərində keçirilən Dəniz Təhlükəsizliyi Komitəsinin 95-ci sessiyasında iştirak edir.

Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, “Dənizdə insan həyatının mühafizəsinə dair” beynəlxalq konvensiyanın II-1, II-2 fəsillərinə və əlavələrinə, “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” beynəlxalq konvensiyanın V fəslinə, A-V/3 və B-V/3 bölmələrinə, eləcə də “Dənizdə insan həyatının mühafizəsinə dair beynəlxalq konvensiyanın 1978-ci il və 1988-ci il tarixli protokollarına təklif edilən dəyişikliklərin nəzərdən keçirilməsi və qeyd olunan təkliflər ilə bağlı müzakirələrin aparılması sessiyanın gündəmində duran əsas məsələlərdir.

Eyni zamanda komitənin iclasında dəniz üzgüçülüyünün təhlükəsizliyinin artırılmasına dair tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, sərnişin gəmilərinin təhlükəsizliyi və digər bu kimi məsələlər ilə əlaqədar ümumi müzakirələr aparılacaq. Həmçinin, sessiya müddətində Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatı rəsmiləri və sessiyada iştirak edən üzv dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər, təcrübə mübadiləsi aparılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR