SOCAR avrobondların yerləşdirilməsi prosesini başa çatdırıb

SOCAR avrobondların yerləşdirilməsi prosesini başa çatdırıb
# 19 mart 2015 10:19 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR avrobondların yerləşdirilməsi prosesini başa çatdırıb.

APA-Economics”in məlumatına görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, SOCAR 750 mln. ABŞ dolları həcmində vəsait əldə edib və bu, SOCAR tərəfindən keçən həftə çox uğurla həyata keçirilən bir əməliyyatdır.

O bildirib ki, Avropada 15 illik avrobondu hələ heç bir şirkət yerləşdirməyib: “SOCAR birinci oldu. Şirkət 750 mln. dollar avrobond əldə edib və bu, SOCAR-a olan inamın göstəricisidir. İnvestorlar bizə inanırlar və SOCAR-a 15 il müddətinə öz pullarını, maliyyə vəsaitini etibar ediblər”.

R. Abdullayev deyib ki, SOCAR-ın avrobond göstəriciləri normal gedir: “SOCAR bu addımı ondan ötrü atır ki, keçmişdə olan kreditlərini bağlasın və yeni layihələrin maliyyələşdirilməsinə xərcləsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR