Göyçayda Türkiyə vətəndaşının idarə etdiyi avtomobil ağaca çırpılıb, yaralanan var

Göyçayda Türkiyə vətəndaşının idarə etdiyi avtomobil ağaca çırpılıb, yaralanan var
# 18 oktyabr 2014 13:37 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə oktyabrın 17-də gecə Göyçay-Ucar yolunun 2-ci kilometrliyində, rayonun Potu kəndi ərazisində qeydə alınıb.

Türkiyə vətəndaşı, 1986-cı il təvəllüdlü Tarık Gülşən Ramazan idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən qarşısına it çıxıb. Sürücü heyvanı vurmamaq üçün avtomobili kənara çəkib və idarəetməni itirərək ağaca çırpıb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR