Azərbaycan prezidenti ABŞ-la imzalanmış sazişi təsdiqləyib

Azərbaycan prezidenti ABŞ-la imzalanmış sazişi təsdiqləyib
# 02 noyabr 2015 15:19 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsini nəzərdə tutan sazişi təsdiq edib.

APA-Economics”in məlumatına görə, dövlət başçısı 2015-ci il sentyabrın 9-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act – FATCA) tələblərinin həyata keçirilməsi barədə” sazişin təsdiq edilməsi barədə qanunu imzalayıb.

Qeyd edək ki, oktyabrın 20-də keçirilən Milli Məclisin IV çağırışda son plenar iclasında İclasda millət vəkilləri “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında vergi tələblərinin yerinə yetirilməsi üzrə beynəlxalq qaydalara əməl olunmasının yaxşılaşdırılması və Xarici Hesablar üzrə Vergi Əməletməsi Aktı (Foreign Account Tax Compliance Act - FATCA) tələblərinin həyata keçirilməsi barədə” qanun qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR