Ayrikyan seçkilərin vaxtının dəyişdirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etməyəcək

Ayrikyan seçkilərin vaxtının dəyişdirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etməyəcək
# 05 fevral 2013 12:04 (UTC +04:00)

Bakı-APA. Ermənistan prezidentliyinə namizəd Paruyr Ayrikyan seçkilərin başqa vaxta keçirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etməyəcək. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Ayrikyanın vəkili Levon Bağdasaryan məlumat verib.

Yanvarın 31-ə keçən gecə İrəvanın mərkəzində Paruyr Ayrikyana sui-qəsd olub. Ermənistan Konstitusiyasına əsasən, namizədlərdən birinin həlli mümkün olmayan problemi yaranarsa, prezident seçkiləri iki həftəliyə təxirə salına bilər. Ermənistanda prezident seçkiləri fevralın 18-də keçiriləcək. Seçkilərdə 8 namizəd mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR