Bakıda iki piyadanı vuraraq öldürən avtobusun sürücüsü istintaqa cəlb olunub

Bakıda iki piyadanı vuraraq öldürən avtobusun sürücüsü istintaqa cəlb olunub
# 03 noyabr 2014 09:21 (UTC +04:00)

Bakı Şəhər Prokurorluğundan APA-ya daxil olan məlumatda bildirilir ki, paytaxtın Nizami rayonunun hüquq-mühafizə orqanları tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud şəkildə pozmaqla piyadaların ölümünə səbəb olan sürücünün məsuliyyətə cəlb olunması təmin olunub.

Belə ki, noyabrın 1-də saat 17 radələrində Babək prospektində 1985-ci il təvəllüdlü Cəfərov Süleyman Vahid oğlunun idarə etdiyi, 50 saylı marşrut xətti üzrə işləyən “Daewoo” markalı, 90-HA-841 dövlət qeydiyyat nişanlı avtobusla kobud şəkildə yol hərəkəti qaydalarını pozaraq yolu keçən piyadalar - 1982-ci il təvəllüdlü Rzayev Sahib Kamil oğlu və 1964-cü il təvəllüdlü Zeynalov Cabir Muxtar oğlunu vurması, sonuncuların aldığı xəsarətlərdən ölmələri faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayətin törədilməsində şübhəli bilinən S.Cəfərov tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR