Bakıda 7 otaqlı ev, Gəncədə isə avtomobil yanıb

Bakıda 7 otaqlı ev, Gəncədə isə avtomobil yanıb
# 06 avqust 2014 00:43 (UTC +04:00)

Bakı-APA. Bakıda ötən gün axşam saatlarında yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan birmərtəbəli 7 otaqlı evdə baş verib. Nəticədə, evin dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə, 3 otağının yanar konstruksiyaları və ev əşyaları 44 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bundan başqa, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilində yanğın olub. Nəticədə, avtomobilin mühərriki yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR