Azərbaycanda mənfəətlə işləyən bankların sayı azalıb

Azərbaycanda mənfəətlə işləyən bankların sayı azalıb
# 07 avqust 2014 13:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda mənfəətlə işləyən bankların sayında azalma müşahidə olunur.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, iyulun 1-nə ölkədə mənfəətlə işləyən bankların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 ədəd azalaraq 36 təşkil edib.

İyun ayını ölkədə fəaliyyət göstərən 44 bankdan 36-sı mənfəət, 8-i isə zərərlə başa vurub. 36 bankın əldə etdiyi cəmi mənfəət 235,06 mln. manat təşkil etdiyi halda, 8 bankın məcmu zərəri 34,34 mln. manata çatıb. Beləliklə, bank sisteminin cəmi mənfəəti 200,72 mln. manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisə də 23,69% və ya 38,44 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR