Niko Kovaç istefaya göndərilib

Niko Kovaç istefaya göndərilib
# 09 sentyabr 2015 15:32 (UTC +04:00)

Bakı - APA. Xorvatiya futbol yığmasının baş məşqçisi Niko Kovaç istefaya göndərilib.

Apasport.az saytı Xorvatiya mətbuatına istinadən xəbər verir ki, bu gün keçirilən iclasda İcraiyyə Komitəsinin üzvləri 44 yaşlı məşqçi ilə əməkdaşlığa son qoyulmasını istəyiblər.

Yeni baş məşqçinin adı sentyabrın 21-nə kimi bəlli olacaq. Bu müddət ərzində Xorvatiya Futbol Federasiyası bu posta namizəd məşqçilərlə danışıq aparacaq.

Əsas namizədlər Ante Kaçiç və Nenad Qraçandı.

Qeyd edək ki, Kovaç 2013-cü ildən Xorvatiya yığmasına başçılıq edirdi. Onun istefaya göndərilməsi məsələsi Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycanla qolsuz heç-heçə və Norveçə məğlubiyyətdən (0:2) sonra gündəmə gəlmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR