«MilliKart» ötən il xidmət göstərdiyi plastik kartların sayını 18% artırıb

«MilliKart» ötən il xidmət göstərdiyi plastik kartların sayını 18% artırıb
# 05 mart 2012 12:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MilliKart» Prosessinq Mərkəzinin xidmət göstərdiyi aktiv plastik bank kartlarının sayı 2012-ci il yanvar ayının 1-nə 191 min ədəd təşkil edib ki, bu da ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə 18% çoxdur.

Mərkəzdən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində mərkəz tərəfindən xidmətdə olan bankomatların sayı 10,34% artaraq 320-yə, POS-terminalların sayı 2,7 dəfə artaraq 3 200-ə çatıb.

Təhlil olunan dövr ərzində mərkəz tərəfindən xidmət göstərilən «Visa» beynəlxalq ödəniş sisteminin üzvü olan bankların sayı 3 bank artaraq 8, «MaterCard» üzrə 5 (dəyişməz qalıb) və lokal kartlar emissiyası edən bankların sayı isə 3 (dəyişməz qalıb) olub.

Qeyd edək ki, ötən il Prosessinq Mərkəzı tərəfindən xidmət göstərilən bankların sayında dəyişiklik olmayıb və cari ilin vvəlinə 12 bank olub.

Xatırladaq ki, 18 bank tərəfindən təsis edilən «MilliKart» MMC 2006-cı ilin oktyabrından fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR