Bank Of Baku

Azərbaycanın Box.az portalı yeni serverə keçirilib

Azərbaycanın Box.az portalı yeni serverə keçirilib
# 14 aprel 2008 12:44 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev APA-Economics. Azərbaycanın pulsuz elektron poçt xidməti olan Box.az portalı yeni serverə keçirilib.
APA-Economics”in məlumatına görə, yeni serverə keçid istifadəçilərin sayının artması və köhnə serverdən intensiv istifadə ilə bağlıdır. Bunun nəticəsi olaraq Box.az poçt servisinin həcmi 50 Mb-dan 1 Gb-dək artırılıb. Bundan başqa, yeni server məktublara multimedia fayllarını (foto, audio, video) birləşdirib mobil telefondan alınması və göndərilməsini təmin edir. Mobil telefondan poçt xidmətini yoxlamaq üçün veb-bauzerdə m.box.az ünvanını yığmaq lazımdır. Əgər 4-5 il bundan öncə Hotmail və Yahoo kimi pulsuz elektron poçt xidmətləri populyar sayılırdısa, hazırda milli poçt xidmətlərinin populyarlığının artımı müşahidə olunur.
Qeyd edək ki, hazırda analoji elektron poçt xidmətlərini mail.az, bakililar.az, inbox.az və digər milli portallar da göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR