Azərbaycan prezidenti Sosialist İnternasionalının baş katibini qəbul edib - VİDEO

Azərbaycan prezidenti Sosialist İnternasionalının baş katibini qəbul edib - <span style="color: red;">VİDEO
# 27 iyun 2015 13:49 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib.

APA-nın məlumatına görə, Sosialist İnternasionalının baş katibi Luis Ayala ölkəmizdə I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu və yarışların dünyada maraqla izlənildiyini vurğulayıb.

O, Azərbaycan idmançılarının çoxlu medal qazanmalarının önəmini qeyd edib.

Dövlət başçısı isə bu mötəbər idman yarışında Avropanın 50 Olimpiya komitəsinin, 6 minə yaxın idmançının və xeyli sayda qonaqların iştirakının əhəmiyyətini vurğulayıb.

Görüşdə birinci Avropa Oyunlarının xalqlar arasında əlaqələrin genişləndirilməsi işinə verdiyi töhfənin əhəmiyyəti qeyd olunub, Azərbaycan-Sosialist İnternasionalı əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR