Paşha Bank
Bank Of Baku

9 ayda dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 mln. manatdan çox vəsait ödənilib

9 ayda dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 mln. manatdan çox vəsait ödənilib
# 15 oktyabr 2026 11:44 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-sentyabr ayları ərzində 46 hərrac keçirilib. Hərraclarda 7 səhmdar cəmiyyətinin səhmləri, 2 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili sahəsi və 804 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu barədə "APA-Economics" qurumdan məlumat verilib.

Məlumata görə, cari ilin yanvar-sentyabr ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 122 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-sentyabr ayları ərzində 444-ü qeyri-yaşayış, 3.075-i torpaq sahələri üzrə olmaqla 3.519 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 43,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 165,3 milyon manat vəsait daxil olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR