Bank Of Baku

Mərkəzi Bank: Qızıl amili nəzərə alınmadan qeyri-neft ixracı 20% artıb

Mərkəzi Bank: Qızıl amili nəzərə alınmadan qeyri-neft ixracı 20% artıb
# 04 noyabr 2026 14:34 (UTC +04:00)

Qızıl amili nəzərə alınmadan qeyri-neft ixracı 20% artıb.

APA xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov 2026-cı ilin ilk doqquz ayının iqtisadi göstəricilərini şərh edərkən bildirib.

Taleh Kazımov qeyd edib ki, qızılın idxal və ixrac göstəricilərindən çıxarılması Azərbaycanın ticarət balansında artım dinamikasını üzə çıxarır: "Qızıl amili nəzərə alınmadıqda, qeyri-neft ixracı 20%, ümumi ixrac isə 9,6% artıb. Qızıl daxil olmaqla qeyri-neft ixracında 3,4-3,5% artım qeydə alınıb".

Mərkəzi Bankın sədri deyib ki, nağd valyuta bazarında təklifin tələbi üstələdiyi görünür: "Burada daha çox fiziki şəxslərin valyuta əməliyyatları təhlil olunur. Qeyri-nağd əməliyyatlara, xüsusilə bank hesabları üzrə valyuta əməliyyatlarına baxdıqda isə tələb ötən ilin eyni dövrü ilə müqayisədə cəmi 3 faiz azalıb. Halbuki təklif, yəni müştərilər tərəfindən valyutanın satışı 44 faiz artıb. Biznes subyektləri və vətəndaşlar daha çox valyuta satırlar. Bu vəziyyəti birbaşa iqtisadi artımla əlaqələndirmək düzgün olmazdı. Xarici valyutada kreditlərə gəldikdə, bildiyiniz kimi, Mərkəzi Bankın prudensial tələblərinə əsasən, xarici valyutada kreditlər yalnız müəyyən şərtlər daxilində, o cümlədən ixrac fəaliyyəti ilə məşğul olan sahibkarlara və biznes subyektlərinə verilə bilər. 2026-cı ilin ötən dövründə xarici valyutada kreditlər artıb. Biz bunu normal qiymətləndiririk, çünki artımın əsas istiqaməti ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların kreditləşməsi hesabına baş verib".

AMB sədri xarici valyutada kredit portfelinin 2026-cı ilin müvafiq dövründə artmasını normal qiymətləndirib. Bildirib ki, artım əsasən ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların hesabına baş verib.

Bankların kreditləşmə imkanlarına toxunan Taleh Kazımov qeyd edib ki, sentyabrın sonu – oktyabrın əvvəlinə bankların Mərkəzi Bankın prudensial tələblərinə riayət etməklə 4,6 milyard manat sərbəst vəsaiti olub.

Taleh Kazımov həmçinin 2027-ci ilin dövlət büdcəsi layihəsinin inflyasiyaya təsirini şərh edib. Bildirib ki, büdcənin cari xərclərinin inflyasiyaya artırıcı təsiri 0,38 faiz bəndi səviyyəsində qiymətləndirilir, kapital xərclərinin isə inflyasiyaya təsiri neytraldır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR