Milli Onkologiya Mərkəzi ilə İsrailin MAŞAV təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb - FOTOSESSİYA

Milli Onkologiya Mərkəzi ilə İsrailin MAŞAV təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 24 sentyabr 2013 10:31 (UTC +04:00)

APA-nın xəbərinə görə, müqaviləyə Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev və İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz imza atıb.

İki tərəf arasında keçirilən görüşdə Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev bildirib ki, bütün şöbələrin fəaliyyət göstərdiyi mərkəzdə insanlar yüksək səviyyədə müalicə olunurlar. Onun sözlərinə görə, mərkəzdə yaradılan şəraitdən sonra insanların hansısa xarici ölkədə müalicə almasına ehtiyac yoxdur. C.Əliyev qeyd edib ki, onkoloji xəstələr müalicə üçün tələb olunan bütün dərmanlarla dövlət tərəfindən pulsuz təmin edilirlər: “Bundan əlavə, mərkəz diaqnostika sahəsi üzrə ən yüksək avadanlıqlarla təchiz edilib, burada dünyanın bir çox ölkələrinin xəstəxanalarında olmayan şüa-terapiya aparatının 5-i fəaliyyət göstərir. Burda çalışmaq üçün həkimlərə bütün lazımı şərait yaradılıb”.

C. Əliyev qeyd edib ki, Milli Onkologiya Mərkəzi səhiyyə sahəsində də İsrail hökuməti ilə əməkdaşlıq etməyə hazırdır. Onun sözlərinə görə, bu gün imzalanan müqavilə iki tərəf arasındakı əməkdaşlığı, mütəxəssislər arasındakı təcrübə mübadiləsini daha da gücləndirəcək.

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz da iki ölkənin səhiyyə sahəsində müəyyən əməkdaşlıqlarının olduğunu deyib. Öz bacısının beyin xərçəngindən əziyyət çəkdiyini deyən səfir bu xəstəliyin çarəsinin tezliklə tapılacağına ümid etdiyini deyib. Səfirin sözlərinə görə, İsrailin səhiyyə sahəsində 65 illik təcrübəsi var: “Azərbaycanla bu əməkdaşlıqları bölüşmək və mütəxəssislərin qarşılıqlı təcrübəsini təşkil etmək niyyətindəyik. Biz istəyirik ki, azərbaycanlı həkimlər İsraildə müəyyən təcrübə keçsinlər və səhiyyə sahəsində bəzi məsələləri daha yaxından öyrəndikdən sonra onları Azərbaycanda tətbiq etsinlər”.

Milli Onkologiya Mərkəzi ilə də yaxından tanış olduğunu deyən səfir burada xəstələrə olan münasibətdən və şəraitdən razı qaldığını deyib. Onun sözlərinə görə, Milli Onkologiya Mərkəzi onun gördüyü ən gözəl mərkəzlərdən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR