“Rabitə”nin voleybolçusu Avstraliyanın ən yaxşısı seçilib

“Rabitə”nin voleybolçusu Avstraliyanın ən yaxşısı seçilib
# 31 oktyabr 2013 13:52 (UTC +04:00)

Bakı – APA. Avstraliya Voleybol Federasiyası 2013-cü ilin ən yaxşı idmançılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2 ay öncədən müəyyənləşən siyahıda Azərbaycan Super Liqasında çıxış edən oyunçu da var.


Bu, mövsümün əvvəlində “Rabitə”yə transfer olunan Reyçel Rurkdur. O, ölkəsinin qadın voleybolçuları arasında hamını qabaqlayıb.

İlin yekunlarına həsr olunmuş tədbir Avstraliyada Məktəblilərin 30-cu Kuboku və Liqa finalları günündə - dekabrın 7-də baş tutacaq. Burada “ilin idmançıları” formal olaraq, təsdiqlənəcək.

Qeyd edək ki, Rurk Azərbaycan çempionun heyətinə Polşa “Atom”undan gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR