Sumqayıtda mənzildə köməksiz vəziyyətdə qalmış 2 uşaq xilas olunub

Sumqayıtda mənzildə köməksiz vəziyyətdə qalmış 2 uşaq xilas olunub
# 30 may 2014 01:19 (UTC +04:00)

Bakı-APA. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıblar. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin eyvanına qalxaraq içəri daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 00:44-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR