Azərbaycan Sidneydə keçirilən MHŞT üzrə milli sərgidə iştirak edir

Azərbaycan Sidneydə keçirilən MHŞT üzrə milli sərgidə iştirak edir
# 24 may 2013 06:56 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Mayın 23-də Sidney şəhərində (Avstraliya) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə VI Qlobal Konfrans işə başlayıb. Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) «APA-Economics»ə verilən məlumata görə, iki gün davam edəcək konfrans çərçivəsində MHŞT üzrə Milli Sərgi keçirilir və Azərbaycan nümayəndə heyəti həmin sərgidə iştirak edir. Milli sərgidə Azərbaycana aid video və foto materiallar, MHŞT-nin Azərbaycanda tətbiqinə dair müxtəlif broşür və kitabçalar, xatirə hədiyyələri konfrans iştirakçılarına təqdim edilib.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana «2009-cu il MHŞT mükafatı» təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR