Xarkovda federallaşma tərəfdarları referendumun keçirilməsindən imtina ediblər

Xarkovda federallaşma tərəfdarları referendumun keçirilməsindən imtina ediblər
# 09 may 2014 23:03 (UTC +04:00)

APA-nın “RBK-Ukrayna”ya istinadən verdiyi xəbərə görə, bunu “Cənub-Şərq” hərəkatının üzvü Yuri Apuxtin bəyan edib.

Onun sözlərinə görə, hərəkat Donetsk və Luqansk şəhərlərindəki federallaşma tərəfdarları ilə referendumun həyata keçirilməsini əlaqələndirməyib.

Qeyd edək ki, federasiya üsul-idarəsinə keçid, “Cənubi-Şərq muxtariyyəti”nin yaradılması və rus dilinə dövlət statusu verilməsi məsələləri referenduma çıxarılmalı idi.

Mayın 7-də Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçıları mayın 11-nə təyin etdikləri referendumu təxirə salmağa, Ukrayna hakimiyyətini cənub-şərq vilayətlərinin təmsilçiləri ilə birbaşa dialoqa çağırıb.

Xatirladaq ki, Ukraynanın Donetsk və Luqansk vilayətlərində separatçılar mayın 11-də Donetsk və Luqansk xalq respublikalarının yaradılması məqsədilə referendum keçirəcəklərini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR