Hacıqabulda fəhlələrin istirahət vaqonu yanıb

Hacıqabulda fəhlələrin istirahət vaqonu yanıb
# 29 iyun 2014 02:48 (UTC +04:00)

Bakı-APA. Hacıqabulda yanğın qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Muğan dəmir yol stansiyasında Dəmir Yol İdarəsinin təmir-tikinti briqadasına məxsus 8 vaqondan ibarət dayanmış qatarda baş verib. Nəticədə qatarın 1 vaqonunun (fəhlələrin istirahət vaqonu, sahəsi 36 kv.m) yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb. Qatarın qalan vaqonları yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR