İranla “altılıq” ölkələri may ayında yekun razılaşma üçün danışıqlara başlayacaq

İranla “altılıq” ölkələri may ayında yekun razılaşma üçün danışıqlara başlayacaq
# 05 aprel 2014 12:47 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri may ayında yekun razılaşmanın mətninin hazırlanması mərhələsinə daxil olacaq.

APA-nın İSNA-ya istinadən verdiyi məlumata görə, bu barədə “Assosiated Press” agentliyi xəbər yayıb.

Məlumatda bununla bağlı tərəflər arasında irəliləyiş əldə olunduğu bildirilir və iyul ayınadək müqavilənin imzalanacağı ehtimal edilir.

Qeyd edək ki, aprelin 3-də Vyanada İranla “altılıq” ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri başlayıb və danışıqlar üç gündür davam edir. Müzakirələrdə İran nümayəndə heyətinə İran Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edəcək. Bu danışıqlar aprelin 7-9-da Vyanada İranla “altılıq” ölkələri arasında siyasi müstəvidə keçirilməsi planlaşdırılan növbəti nüvə müzakirələrinə hazırlıq məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR