Azərbaycan yığmasının hücumçusu yenidən Rusiyada oynaya bilər

Azərbaycan yığmasının hücumçusu yenidən Rusiyada oynaya bilər
# 15 aprel 2014 07:59 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığmasının və “İnter”in hücumçusu Vaqif Cavadov karyerasını yenidən Rusiyada davam etdirə bilər. Apasport.az xəbər verir ki, bu barədə qonşu ölkə mətbuatı məlumat yayıb. Rusiyalı həmkarlarımız Cavadovla “Rubin”, “Volqa” və “Krılya Sovetov” klublarının maraqlandığını iddia edir.


Qeyd edək ki, Cavadov 2011-2012-ci illərdə "Volqa"nın formasını geyinib. O, 2000-2007-ci illər ərzində isə Moskva MOİK-inin əvəzedici heyətində də çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR