Hüquq müdafiəçisi: “Zaqataladakı vəhhabiləri Suriyadan da maliyyələşdirirlər”

Hüquq müdafiəçisi: “Zaqataladakı vəhhabiləri Suriyadan da maliyyələşdirirlər”
# 27 may 2013 11:30 (UTC +04:00)

Bu barədə APA-ya məlumat verin E. Behbudov bildirib ki, monitorinq zamanı işgəncə və qeyri-insani rəftarla bağlı şikayət edən olmayıb: “Lakin Balakən rayonunda bəzi problemlər aşkar olunub. Bununla bağlı mən daxili işlər naziri Ramil Usubova məlumat verəcəyəm. Bundan başqa, Zaqatalada olarkən sadə vətəndaşlar arasında sorğu keçirdik. Məlum oldu ki, Zaqatalada vəhhabilərin sayı getdikcə artır. Onlar hər an təhlükədirlər. Eyni zamanda həmin rayondan 3-4 nəfər Suriyada müxalif qüvvələrin tərkibində vuruşmaq üçün oraya gedib. Araşdırmalar nəticəsində məlum oldu ki, Zaqatalada vəhhabiləri Suriyadan da maliyyələşdirirlər”.

E. Behbudov Daxili Qoşunların Şəkidə şəhərində yerləşən “N” saylı taborunda da monitorinq keçirdiyini bildirib: “Orada əsgərlər arasında son illər ölüm halları baş verməyib, vərəmə yoluxan əsgər olmayıb. Hər şey qaydasındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR