«Joint Leasing» şirkəti bu gün yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır

«Joint Leasing» şirkəti bu gün yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayır
# 30 dekabr 2013 07:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında «Joint Leasing» lizinq şirkətinin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiyasının yerləşdirilməsinə başlanılır.

Birjadan «APA-Economics»ə verilən məlumata görə, emissiyanın həcmi 10 mln. manat, istiqrazların hər birinin nominal dəyəri 1 000 manat təşkil edir.

İstiqrazlar üzrə illik gəlirlik 10%, tədavül müddəti 1 825 təqvim günü, faizlərin ödəniş dövrünün müddəti hər yarım ilin son günü nəzərdə tutulur. Yerləşdirmədə anderrayter kimi «International Transaction System» MMC çıxış edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR