Səhiyyə Nazirliyi daha 5 yeni elektron xidmətini Elektron Hökumət saytına təqdim edib

Səhiyyə Nazirliyi daha 5 yeni elektron xidmətini Elektron Hökumət saytına təqdim edib
# 04 sentyabr 2013 08:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyi daha 5 yeni elektron xidmətini Elektron Hökumət saytına təqdim edib. Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən APA-ya verilən xəbərə görə, 5 yeni elektron xidmət müxtəlif məsələləri əhatə edir. Yeni elektron xidmətlərə radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi, ionlaşdırıcı şüa mənbələri ilə işlərə icazə verən sanitar-epidemioloji rəyin verilməsi, rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi, tikinti üçün torpaq sahəsinin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğunluğuna dair rəyin verilməsi və tikinti və yenidən qurma layihələrinə sanitariya-epidemioloji rəyin verilməsi üçün müraciətin və sənədlərin qəbulu daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR