Azərbaycanda dərmanların vahid qiymətə satılması ilə əlaqədar təkliflər Nazirlər Kabinetinə təqdim olunub

Azərbaycanda dərmanların vahid qiymətə satılması ilə əlaqədar təkliflər Nazirlər Kabinetinə təqdim olunub
# 12 sentyabr 2013 07:59 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib. Nazir müavini bildirib ki, yaxın zamanlarda bu yöndə müvafiq işlərə başlanacaq.

Onun sözlərinə görə, təkliflər hazırlanan zaman dünya təcrübəsinə istinad olunub, təkliflərdə dərmanların hər yerdə vahid qiymətə satılması nəzərdə tutulur: “Belə ki, ölkənin bütün apteklərində dərmanlar vahid qiymətə olacaq. Onların üzərində qiymətləri göstəriləcək. Bununla bağlı olaraq Türkiyə, Avropa və bir sıra başqa ölkələrin təcrübəsi analiz olunub və yekun təkliflər hazırlanaraq hökumətə təqdim edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR