Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinə müraciət edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, əvvəlki illərdə tam orta təhsil səviyyəsində buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən “2” almış və yaxud eksternat qaydasında bu il yekun qiymətləndirmədə iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş şəxslərin müvafiq fənn (fənlər) üzrə bilik və bacarıqları həmin təhsil müəssisələrində və ya təhsil müəssisələrinin tabe olduqları şəhər (rayon) təhsil şöbələrində yaradılan xüsusi komissiya tərəfindən yoxlanılır və qiymətləndirilir.
Əvvəlki illərdə buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən “2” almış şəxslərin bilik və bacarıqlarının xüsusi komissiya tərəfindən yoxlanması və qiymətləndirilməsi yalnız illik qiyməti “2” olan fənn (fənlər) üzrə aparılır. Eksternat qaydasında bu il yekun qiymətləndirmədə iştirak etmək istəyən şəxslərin bilik və bacarıqlarının xüsusi komissiya tərəfindən yoxlanması və qiymətləndirilməsi dövlət nümunəli təhsil sənədinə qiyməti yazılmalı olan bütün fənlər üzrə aparılır.
Əvvəlki illərdə tam orta təhsil səviyyəsində buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən “2” almış şəxslərin fərdi məlumatları, buraxılışdan əvvəlki tədris ilinin illik qiymətləri, buraxılış ilinin illik qiymətləri və illik qiymətləri “2” olan fənn (fənlər) üzrə komissiya qiymətləri, həmçinin, eksternat qaydasında bu il yekun qiymətləndirmədə iştirak etmək istəyən şəxslərin fərdi məlumatları və müvafiq fənlər üzrə komissiya qiymətləri 01.05.2014-10.06.2014 aralığında “Şagird-məzun” sisteminə əlavə olunaraq təsdiqlənməlidir.
TQDK əvvəlki illərdə buraxılış imtahanından “2” alanların biliyinin necə qiymətləndiriləcəyini açıqlayıb
02 aprel 2014 11:18 (UTC +04:00)
Sosial
Bakıda sərnişin avtobusları qəza törədib, xeyli sayda yaralı var - FOTO
16:49
19 may 2024
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:31
19 may 2024
2023-cü ildə 0-17 yaş aralığında 190 nəfər şəxsdə talassemiya xəstəliyi aşkar edilib
15:56
19 may 2024
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
15:50
19 may 2024