AB ilə Kolumbiya və Peru arasında vizaların ləğv olunmasına dair razılıq əldə olunub

AB ilə Kolumbiya və Peru arasında vizaların ləğv olunmasına dair razılıq əldə olunub
# 05 fevral 2014 04:54 (UTC +04:00)

Bakı-APA. Avropa Birliyi ilə Kolumbiya və Peru arasında bu ölkələrin vətəndaşları üçün vizaların ləğv olunmasına dair razılıq əldə olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, AB-nin Kolumbiyadakı səfirinin açıqlamasına əsasən, söhbət qısamüddətli səfərlərdən gedir. Əldə olunmuş razılaşmalar barədə AB-in fevralın 5-də Brüsseldə rəsmi açıqlama verəcəyi gözlənilir.

Kolumbiya və Peru vətəndaşları üçün vizaların ləğv olunmasının konkret tarixi hələlik müəyyən olunmayıb, bu AB ilə müvafiq sənədin nə vaxt imzalanacağından asılıdır.

Qeyd edək ki, Kolumbiya və Peru vətəndaşları üçün vizaların ləğv olunması təşəbbüsü ilə ötən ilin avqustunda İspaniyanın baş naziri Mariano Raxoy çıxış etmişdi. Buna səbəb isə İspaniya və qeyd olunan ölkələr arasında ticarət sazişinin qüvvəyə minməsi olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR